Çində yanğın nəticəsində 5 nəfər həlak olub

Çinin paytaxtı Pekində çərşənbə günü yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər ölüb, daha 8-i yaralanıb.
Milliqazet TASS-a istinadən xəbər verir ki, bu barədə yerli yanğın xidməti məlumat yayıb.
Hazırda yanğın söndürülüb, yaralılar yaxınlıqdakı xəstəxanalara göndərilib.
Polisin ilkin fərziyyəsinə görə, yanğına elektrik ötürücülü velosiped səbəb olub. Qurğu enerji yığımı zamanı alovlanıb.