Tehrandan Ər-Riyada barış şərti – Ruhani açıqladı

İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanı ilə münasibətlərin düzələ biləcəyini və bunun üçün bəzi şərtlərin olduğunu açıqlayıb.
Prezident bu barədə parlamentdə çıxışı zamanı bildirib.
“Səudiyyə Ərəbistanından 2 şeyi dayandırmasını istəyirik. Sionistlərlə olan yanlış dostluğunu sonlandırsın və Yəməni qeyri-insani şəkildə bombalamağı dayandırsın. Səudiyyə Ərəbistanı ilə bir problemimiz yoxdur. Münasibətləri yenidən qura bilərik, lakin bunu onlar başlatmalıdır. Gəlin və başladın”, - Ruhani bildirib.