Türkiyədən Gürcüstana 129 ədəd pnevmatik tapança keçirməyə cəhd edən şəxs saxlanılıb
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları “Sarpi” sərhəd-keçid məntəqəsində ölkəyə külli miqdarda silah keçirməyə cəhd edən şəxsi saxlayıblar.
Saxlanılan şəxsin avtomobilində 129 ədəd pnevmatik tapança aşkar olunub.
Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 3 ildən 5 ilədək həbs cəzası gözləyir.










