Trampın “Twitter” səhifəsini Bəxtiyar bağlatdırıbmış

ABŞ prezidenti Donald Trampın “Twitter” səhifəsi keçən həftə 11 dəqiqə ərzində bağlı qalmışdı.
Milliqazet xəbər verir ki, hadisənin səbəbkarının türk əsilli Almaniya vətəndaşı Bahtiyar Duysak olduğu məlum olub. “TechCrunch”a müsahibə verən Duysak tələbə vizası ilə ABŞ-da yaşadığını və “Twitter”də müştəri xidməti bölməsində işlədiyini deyib. Duysak Trampın “Twitter” səhifəsinin bağlanmasının bir səhv nəticəsində ortaya çıxdığını bildirib.
Qeyd edək ki, “Twitter” məsələ ilə bağlı araşdırma aparacağını demişdi.