Meksikanın Verakrus ştatında 48 saata 23 nəfər öldürülüb

Meksikanın şərqində Verakrus ştatında 48 saat ərzində 23 nəfər öldürülüb.
Milliqazetin "TASS"a isitnadən verdiyi məlumata görə, zorakılığın artması yerli cinayətkar qruplaşmaların fəallaşması ilə bağlıdır.
Ştatın br neçə rayonunda hakimiyyət hüquq-mühafizə orqanlarını gücləndirilmiş iş rejiminə keçirib, lakin bu addım da kömək etməyib.
Milli İctimai Təhlükəsizlik Sisteminin məlumatına görə, 2016-ci ilin dekabr ayından 2017-ci ilin oktyabr ayına qədər Veraksrus ştatında 1,5 mindən artıq qəsdən adam öldürmə qeydə alınıb.