Kabildə ABŞ-ın keçmiş prezidentinin şərəfinə adlandırılmış "Buş" bazarı yanıb

Əfqanıstanın paytaxtı Kabildə ABŞ-ın keçmiş prezidenti Corc Buşun (oğul) şərəfinə adlandırılmış bazarda yanğın baş verib.
Yanğının qarşısının alınması üçün çox sayda yanğınsöndürən cəlb edilib.
Xəsarət alanlar barədə məlumat verilməyib.
Qeyd edək ki, C.Buş adına bazar 2001-ci ildə Əfqanıstanda hərbi əməliyyatlar zamanı yaradılıb. Əvvəlcə orada hərbçilər üçün məhsullar satılsa da, daha sonra orada geyim, elektron əşyalar satılmağa başlayıb.