Trampdan Yaponiyaya məsləhət: ABŞ silahları alın, Koreya raketlərini vurun

Yaponiya ABŞ istehsallı yeni silahlar alarsa, Koreya Xalq Demokratik Respublikasına məxsus raketləri vura bilər.
Birləşmiş Ştatların Prezidenti Donald Tramp Tokioda Yaponiyanın Baş naziri Sindzo Abe ilə görüşünün yekunu üzrə mətbuat konfransında bəyan edib.
D.Tramp qeyd edib: "Əgər Yaponiya ABŞ-dan əlavə olaraq bir çox hərbi avadanlıqlar alsa, Şimali Koreya raketlərini havada rahat şəkildə vura bilər".
S.Abe isə Yaponiyanın öz müdafiə qabiliyyətini yüksəltmək üçün ABŞ-dan yeni silahlar almaq niyyətində olduğunu təsdiq edib.