İŞİD Nyu-Yorkdakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD terror qruplaşması Nyu-Yorkda 8 nəfərin ölümü ilə nəticələnən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edək ki, oktyabrın 31-də 29 yaşlı Özbəkistan vətəndaşı Seyfullah Saipov idarə etdiyi yük maşınını velosiped yoluna çıxararaq velosipedçilərin üzərinə sürüb, daha sonra məktəb avtobusu ilə toqquşub. Polislər avtomobildən düşən sürücünü atəş açaraq yaralayıblar. Hücum nəticəsində 8 nəfər ölüb, 10-dan çox şəxs xəsarət alıb. Ölənlərdən 6-sı hadisə yerində, 2 nəfəri isə xəstəxanada keçinib.
Cinayətkarın avtomobilindən aşkarlanan məktubda S.Saipov hücumu İŞİD adından törətdiyini qeyd edib. Onun mobil telefonunda İŞİD-in təbliğatına aid 90 videoçarx və 3800-dək fotoşəkil aşkarlanıb.
S.Saipov barəsində ömürlük həbs və ya ölüm hökmü çıxarıla bilər.