Özbəkistan XİN ABŞ-da insanlara hücum edən cinayətkarın şəxsiyyətini müəyyənləşdirir

Özbəkistan xarici siyasət idarəsinin konsulluq xidməti Nyu-York şəhərində avtomobili insanların üzərinə sürərək 8 nəfəri öldürən və onlarla insanı yaralayan cinayətkarın şəxsiyyətini və vətəndaşlığını yoxlayır.
Şanxay Əməkdaşlıq Təşkilatının antiterror strukturunun Daşkənddə keçirilən elmi-praktik konfransında Özbəkistan Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Polisin məlumatına əsasən, cinayətkar pikap avtomobilində velosipedçilər üçün nəzərdə tutulmuş zolaqda yüksək sürətlə hərəkət edərək bir neçə piyadanı və velosipedçini vurub. Avtomobil məktəb avtomobilinə çırpılaraq dayanıb, pnevmatik tüfənglə silahlanmış sürücü isə polis tərəfindən açılan atəş nəticəsində qarnından yaralanıb. Xəstəxanaya aparılan cinayətkarın idarə etdiyi avtomobildən hücumu İŞİD qruplaşması üçün etdiyini bildirən qeyd tapılıb.
Hökumət orqanları hələlik onun adını və milliyyətini açıqlamır. Lakin yerli KİV-lər cinayətin 2010-cu ildə ABŞ-a gələn və Florida ştatının Tampa şəhərində yaşayan özbək əsilli 29 yaşlı Seyfullah Həbibullayeviç Saipov tərəfindən törədildiyini bildirirlər.