Hindistanda transformator partladı - 14 nəfər öldü

Hindistanın Racasthan ştatında transformatorun partlaması nəticəsində azı 14 nəfər həlak olub.
Milliqazetin məlumatına görə, 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Partlayışın baş vermə səbəbləri məlum deyil.
Hadisə zamanı yaxınlıqda toy mərasimi keçirilirmiş.