Türkiyədə 22 məhbus zəhərləndi

Türkiyədə 22 məhbus zəhərlənib.
Hadisə Mardin əyalətinin Midyat rayonunda yerləşən cəzaçəkmə müəssisəsində baş verib. Axşam saatlarında məhbuslar qarınağrısı və mədə bulantısı şikayəti ilə xəstəxanaya aparılıb. Onların sudan zəhərləndiyi, vəziyyətlərinin yaxşı olduğu bildirilib.
Hadisə ilə bağlı araşdırma aparılır