Şimali Koreyanın birinci xanımı görüntüləndi: Kim Çen İnin xanımı kimdir? - FOTOLAR

Şimali Koreyanın lideri Kim Çen İn bir kosmetika fabrikinin açılışında iştirak edib.
Milliqazet xəbər verir ki, birinci xanımın fotosu dünya mətbuatında geniş müzakirələrə səbəb olub. Səbəbi isə odur ki, Şimali Koreya liderinin xanımı çox nadir hallarda cəmiyyət arasında görünür.
27 yaşlı Ri Sol-ju bazar günü həyat yoldaşı Kim Çen İn ilə fabrikin açılışına gəlib. Kim Çenin həyat yoldaşı ilə yanaşı, onun bacısı da çox zaman cəmiyyət arasında görünmür.
BBC kanalına danışan Şimali Koreya analitiki Antik Panda Kim Çen İn üçün qan bağının önəmli olduğunu deyir: "Ailə onun üçün çox önəmlidir, qan bağlılığı da həmçinin... O, öz yerini övladlarına verəcəyi də şübhəsizdir".
Fabrikin açılışında Şimali Koreya lideri də çıxış edib. O, yaradılan fabrikin dünya standartlarında mal istehsal etdiyini vurğulayıb.
Adətən hərbi tədbirlərdə görünən, görüşlərinin çox hissəsini əsgərlərlə keçirən Kim Çen In bu cür fabrik, zavod və s. müəssisələrin açılışlarında nadir hallarda iştirak edir.
Qeyd edək ki, Şimali Koreya ilə ABŞ arasında gərginlik son zamanlar daha çox artıb. Buna səbəb davamlı olaraq nüvə silahının sınağlarının keçirilməsidir. Önümüzdəki həftədə ABŞ prezidentinin Cənubi Koreyaya səfəri planlaşdırılır.
Əlavə olaraq bildirək ki, Kim Çen İnin xanımı 3 uşaq anasıdır. Lakin onların nə zaman evləndikləri haqqında dəqiq məlumatlar yoxdur.
Bəzi xarici mənbələrin yazdığına görə, onlar 2009-cu ildə nigaha giriblər. Onların son övladları bu ilin fevral ayında dünyaya gəlib.
Kim Çen İn həyat yoldaşını nadir hallarda cəmiyyət içinə çıxarsa da, onun atası prezidentlik dönəmində heç bir xanımını media qarşına çıxarmamışdı. Onun atası Kim Çen İlin xanımının kimliyi haqqında bu günə kimi də heç bir məlumat yoxdur.