Ukraynada deputata hücuma görə Kadırovdan şübhələnirlər

Ukrayna daxili işlər nazirinin məsləhətçi İvan Varçenko bildirib ki, Ali Radanın deputatı İqor Mosiyçuka sui-qəsddə Rusiya izi aşkar edilib. Onun sözlərinə görə, bu məsələdə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun əli ola bilər.
"112 Ukrayna" telekanalına açıqlamasında deyib.
"Variantlar çox ola bilər, sifarişçi bir — Rusiya Federasiyası. Konkret sübutlar var, xüsusən də Ramzan Kadırovun bəyanatları, hansılarda ki, o, Mosiyçuku öldürmək niyyətini birbaşa deyib", — deyə Varçenko qeyd edib.
Məmur vurğulayıb ki, istintaq məhz “Rusiya sifarişçisi versiyasını""prioritetlərdən biri hesab edir.
O da bildirilib ki, Mosiyçukun əməliyyatı uğurlu keçib və o özünə gəlib.