17 oktyabrda Ali Radanın qarşısında başlamış aksiya noyabrın əvvəlinədək davam edəcək.

Milliqazet xəbər verir ki, bu açıqlama ilə mitinqin təşkilatçısı, sabiq Odessa qubernatoru Mixail Saakaşvili çıxış edib. O, aksiyanın ən azı 7 noyabradək davam edəcəyini bildirib. Saakaşvilinin sözlərinə görə, növbəti iki həftədə Konstitusiya Meydanında aksiya iştirakçıları arasında seminarlar, diskussiyalar və söhbətlər keçiriləcək.
“Gələn həftə sessiyayadək biz bu meydanı çox sakit, güclü və təhlükəsiz yerə çevirməliyik” – Saakaşvili belə deyib.
O, ölkədə baş verənləri çatdırmaq üçün Ukrayna şəhərlərini gəzəcəyini deyib.