ABŞ-da universitetdə silahlı hücum: 2 tələbə ölüb
ABŞ-ın Kolorado ştatındakı eyniadlı universitetin kampusunda silahlı hücum qeydə alınıb.
Milliqazetin məlumatına görə, hadisə nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
Ölənlərin tələbə olduğu bildirilir.
Hücumu təşkil edən şəxs ölüb. Onun hansı şəraitdə həlak olduğu barədə məlumat verilmir.










