General Kelli əsgərin dul arvadı ilə qalmaqalda Trampı müdafiə edib

Ağ Evin qərargah rəisi "xudbin" konqres nümayəndəsinin "prezident Tramp əsgərin dul arvadını ağladıb" iddiaları ilə bağlı kəskin danışıb.
General Con Kelli deyib ki, Demokratların prezidentin mərhum serjant La David Consonun arvadına başsağlığı zənginə etdikləri tənqidə görə "qəlbi sınıb".
Serjant Conson Nigerdə islamçı yaraqlılar tərəfindən öldürülən dörd əsgərdən biridir.
General Kelli deyib ki, oğlu 2010-cu ildə Əfqanıstanda öləndə o vaxtkı prezident Barak Obama ona zəng vurmayıb.
Serjant Conson və daha 3 hərbçi Nigerdə öldürülüb
Florida ştatından olan demokrat çərşənbə günü bildirib ki, o, mərhum əsgərin dul arvadı Mayeşa Conson ilə danışan prezident Trampı dinləyib. Demokrat iddia edir ki, prezident xanım Johnson-a vəfat etmiş əri barəsində "o, nəyi imzaladığını bilirdi, amma təsəvvür edirəm ki, yenə də ağrılıdır" deyib.
Demokrat deyir ki, serjant Consonun nəşi təyyarə ilə Mayamiyə gətiriləndən az müddət sonra prezidentin bu sözləri deməsi əsgərin dul arvadını ağladıb.
Prezident konqress nümayəndəsinin bu iddialarını "tamamilə uydurulmuş" adlandırıb.
Cümə axşamı general Kelly deyib ki, o, prezidentə Nigerdə həlak olan dörd amerikalı hərbçinin yaxınlarına zəng vurmamağı məsləhət görüb.
"Sizin bu ailələrin yükünü yüngülləşdirmək üçün edə biləcəyiniz heç nə yoxdur", - general prezidentə deyib.
General Kelly belə tapşırığı "təsəvvür edə biləcəyiniz ən çətin şey" adlandırıb.
"Mükəmməl telefon zəngi kimi bir şey yoxdur", deyə o əlavə edib.
O, Əfqanıstanda ölən oğlunu xatırladaraq həmin vaxt keçmiş prezident Barak Obamanın da zəng vurmadığını deyib.
"Bu tənqid deyil, sadəcə deyirəm ki, prezident Obamanın zəng vurduğuna inanmıram. Bu mənfi bir şey deyil", - o əlavə edib.
Mübahisələr bir reportyorun Ağ Evdə cənab Trampdan "nə üçün hələ də oktyabrın 4-də Nigerdə öldürülən dörd əsgərin ailələrinə zəng etmədiyini" soruşanda başlayıb.
Bu zaman Donald Trampın ondan əvvəlki prezident Barack Obama və digər keçmiş ABŞ prezidentlərinin ölən hərbçilərin qohumlarına zəng vurmadığını deməsi narazılığa səbəb olub.
Çərşənbə axşamı cənab Tramp bəyan edib ki, prezident Obama general Kellinin ailəsinə də zəng vurmayıb.
Ağ Evdəki brifinq zamanı general Kelli onu da deyib ki, Pentaqon serjant Johnsonvə digər hərbi qulluqçuların öldürülməsinin detallarını araşdırır .