Türkiyədən İraqda əməliyyat: PKK-çılar məhv edildi

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Hakkari vilayətində və İraqın Zap bölgəsində PKK mövqelərinə aviazərbələr endirib.
Bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.
Zap bölgəsində keçirilən əməliyyatda 7 terrorçu məhv edilib.
Bununla da, son günlər Şimali İraqda öldürülən PKK-çıların sayının 24-ə çatdığı bildirilib.