ABŞ Rohingya müsəlmanlarına görə Myanmaya sanksiyalar tətbiq edə bilər

ABŞ Konqresində rohingya müsəlmanlarına qarşı təcavüz aktlarına görə Myanmaya qarşı sanksiyaların tətbiqi təklif olunub. Təkliflə əlaqədar 40-dan çox qanunvericidən təşkil olunan qrup çıxış edib.
Birma ərazisində qapalı qalan, yaxud geri qayıtmaq istəyənlərin müdafiəsini və təhlükəsizliyini əldə etmək, həmçinin qonşu ölkələrdən zorakı yolla qaytarılmasına mane olmaq istəyirik», - deyə konqresmənlərin imzaladığı sənəddə bildirilir.