Venesuela müxalifəti hökumətlə danışıqlara məhəl qoymayıb

Venesuela müxalifətinin təmsilçiləri hökumət nümayəndələri ilə Dominikanda keçirilməsi planlaşdırılan görüşün ikinci raunduna gəlməyiblər.
"TeleSUR" məlumat yayıb. Məlumatda qeyd olunur ki, ilk görüş sentyabrın 13-də keçirilib. Venesuela prezidenti Nikolas Maduro nəticələri uğurlu adlandırıb. Lakin müxalifət nümayəndələri sentyabrın 27-də keçirilməli olan görüşə gəməyiblər. Onlar bildiriblər ki, Venesuela hökuməti zəruri şərtləri yerinə yetirməyib.
Buna baxmayaraq hökumət nümayəndələri növbəti dialoqa hazırlıqlarını ifadə ediblər.