Madrid metrosunda atışma olub

İspaniyanın paytaxtı Madrid şəhərindəki metro xəttlərindən birində vaqonda atəş açılması səbəbindən sərnişinlər evakuasiya edilib.
Şahidlər qatarın sonuncu vaqonunda iki sərnişin arasında mübahisə yaşandığını bildiriblər. Sərnişinlərdən biri tapança çıxararaq tavana atəş açıb. Mübahisə edən şəxslərin hər ikisi həbs olunub, zərərçəkən yoxdur.
Yerli polis hər iki sərnişinin sərxoş vəziyyətdə olduğunu bildirib.
Metroda hərəkət hər iki istiqamətdə dayandırılıb.
Hüquq-mühafizə orqanları hadisə yerini mühasirəyə alıb.