Fransadan kürd referendumu açıqlaması

İraq ərazisində yeni kürd dövlətinin yaradılması Yaxın Şərqdə yeni böhrana səbəb olacaq.
BFM televiziyasına müsahibəsində Fransa Xarici İşlər naziri Jan İv Le Drian söyləyib.
“İraq Kürd Muxtariyyəti öz müstəqilliyini elan etməməlidir. Bu addım Yaxın Şərqdə yeni böhranlara səbəb olacaq”, – deyə o bildirib.