Meksika: Zəlzələ qurbanlarının sayı 290-a yaxınlaşıb

Meksikada sentyabrın 19-da baş vermiş 7,1 ballıq zəlzələdə ölənlərin sayı 286-ya çatıb. bunu sentyabrın 22-də Milli Qəza-Xilasetmə Xidməti açıqlayıb.
Paytaxt Mexikoda 148, eyniadlı ştatda 13, Morelos şəhərində 73, Pueble şəhərində 45, Gerrero şəhərində 6, Oahake şəhərində 1 nəfərin öldüyü bildirilir.
200 nəfər itkin sayılır.
Mexikoda 3 minə yaxın binanın uçmaq təhlükəsində olduğu açıqlanıb.