Telman İsmayılovun işçiləri maaş ala bilmir

"Mardan Palace" otelinin işçiləri maaşlarını ala bilmədikləri üçün Əmək və İş İdarəsinə şikayət ediblər.
müvafiq quruma daxil olan şikayət ərizələrinə otel personalının mütləq əksəriyyəti qol çəkib.
Bununla yanaşı otelin internet saytı üzərindən satışlar da dayandırılıb. İnternet resurs üzərindən rezervasiya etmək istəyənlər "Aradığınız kriterlere uygun oda bulunamamıştır" bildirişi ilə üzləşirlər. Bundan başqa, otelin rezervasiya xətti və elektron poçt vasitəsilə müraciətlərə cavab verilmir.
Qeyd edək ki, azərbaycanlı milyarder Telman İsmayılova məxsus olan "Mardan Palace" 2009-cu ildən fəaliyyət göstərir.