Putinin hüquqlarını məhdudlaşdırmaq istəyirlər...

Rusiya prezidentinin hərbi qüvvəni xaricdə istifadə etmək hüququnu məhdudlaşdırmaq istəyirlər.
Bununla bağlı "Yabloko" siyasi partiyasının fraksiyaları üç regional qanunverici iclasda qanun layihəsi təklif ediblər.
Partiya tərəfindən təklif olunan düzəlişlərdə deyilir ki, Rusiya silahlı qüvvələrinin ölkə xaricində operativ istifadə müddəti 60 gündən, qeyri-operativ isə bir ildən çox olmamalıdır.
Prezident istifadə müddətlərini uzatmaq uçun Federasiya Şurasına müraciət etməlidir.
Düzəlişlərin “Müdafiə haqqında” qanuna daxil edilməsi planlaşdırılır.