10 milyon yəmənli uşaq humanitar yardıma möhtacdır

Səud rejiminin Yəmənə hücumuna görə, bu ölkədə başda uşaqlar olmaqla, milyonlarla insanın təcili humanitar yardıma ehtiyacı var. Bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə İdarəsi (OCHA) hesabat yayıb.
Sənəddə deyilir ki, ümumilikdə 21 milyon yəmənlinin yardıma möhtacdır. Bunlardan 10 milyonuna həyatda qala bilmək üçün təcili kömək edilməlidir.
Hesabata görə, Səud rejiminin Yəmənə qarşı təcavüzündə ən çox müdafiəsiz mülki vətəndaşlar və uşaqlar zərər görür. Uşaqların çoxu yetərsiz bəslənmədən və yoluxucu xəstəliklərdən əziyyət çəkir, yüzlərlə uşaq da hücumlarda həyatlarını itirib.