Makron: Türkiyə AB-dən uzaqlaşır, narahatam

Fransa Prezidenti Emmanuel Makron Türkiyənin Avropa Birliyinə üzvlük məsələsi ilə bağlı açıqlama verib.
Makron Türkiyənin AB-dən uzaqlaşdığını, lakin münasibətləri tamamilə qoparmamalı olduğunu bildirib.
“Türkiyə son aylarda AB-dən narahatlıq verəcək şəkildə uzaqlaşıb. Bu uzaqlaşmadan çox narahatam, çünki başda miqrantların köç məsələsi və terror təhlükəsi olmaqla, üzləşdiyimiz problemlərdə Türkiyə əhəmiyyətli bir ortaqdır”, - deyə o bildirib.