Meksika Şimali Koreyanın səfirini ölkədən qovub

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Meksikadakı səfiri ölkədə arzuolunmaz şəxs elan edilib. Bu barədə ictimaiyyətə Meksikanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, KDXR-in diplomatik korpusuna ölkəni tərk etməsi üçün 72 saat vaxt verilib.
Meksika rəhbərliyi bu qərarla Şimali Koreyanın nüvə başlıqlı raketlərlə bağlı artan fəaliyyətinə etiraz etmiş olub.