Myanmada müsəlman qaçqınlara yardım üçün BMT fondu 7 milyon dollar ayırır

Myanmada müsəlman qaçqınlara yardım üçün Fövqəladə Vəziyyətə Reaksiya üzrə Mərkəzi Fondu (FVRMF) 7 milyon dollar ayrılacaq.Bu barədə BMT Baş Katibinin müavini Mark Loukok belə bir bəyanatla çıxış edib.
«FVRMF insanlara harda və necə olmasından asılı olmayan üçün ən sürətli kömək üsuludur», - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, BMT FVRMF böhran vəziyyətində olanlara sığınacaq və ərzaqla, həmçinin tibb yardımla təmin edir.