ABŞ İŞİD-in 20 komandirini Deyr əz-Zordan təxliyyə edib

ABŞ rəhbərliyi Suriyanın Deyr əz-Zor şəhərində çətin vəziyyətdə qalan İŞİD terrorçularının 20-dən çox komandirini təxliyyə edib. Bu barədə "Sputnik" agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ Hava Qüvvələrinə məxsus təyyarə Deyr əz-Zordakı terrorçuların komandirlərini ölkənin şimalına aparıb. ABŞ xüsusi xidmət orqanları tərəfindən dəstəklənən İŞİDçilərin təcrübəsindən fərqli məkanlarda istifadə ediləcəyi ehtimal olunur.