Livanın baş naziri silah üçün Rusiyaya gedəcək

Livanın baş naziri Səəd Həriri gələn həftə Rusiyaya səfər edərək Vladimir Putinlə görüşəcək. Bu barədə "İzvestiya" qəzeti yazıb.
Nəşrin məlumatına görə, Səəd Həriri Putinlə görüş zamanı Rusiya istehsalı olan silahların Livana satılmasını müzakirə edəcək.
Livanın Rusiyadan almaq istədiyi silahların siyahısı "Armiya-2017" sərgisində müəyyənləşib. Bunlar kalaşnikov avtomatlar, snayper tüfənglər, PK pulemyotlar, o cümlədən böyük kalibrli, birdəfəlik qumbaraatan və RPQ-7 tipli qumbaraatanlardır.