`Donbass` batalyonu Saakaşvilini müdafiəsinə götürüb

Gürcüstanın eks prezidenti və Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Lıvova gedərək şəhərin meri ilə "Mons Pius" restoranında görüş keçirib. Bu barədə "ТСН" xəbər verib..
Məlumata görə, Lıvovun meri Andrey Sadovla görüş zamanı Saakaşvilinin təhlükəsizliyini "Donbass" batalyonu öz üzərinə götürüb. Merlə sabiq qubernatorun görüş keçirildiyi restorana kənar şəxslər buraxılmayıb.
Lıvovun meri görüşdən sonra bildirib ki, Mixail Saakaşvilini Ukraynada görməkdən məmnundur və 10 sentyabrda sərhədçilərin sabiq qubernatora qarşı rəftarı yolverilməzdir.
Qeyd edək ki, Mixail Saakaşviliyə qarşı Cinayət Məcəlləsinin 332-ci (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi açılıb.