Lavrov Fələstin münaqişəsinin həll olmamasının səbəbini açıqladı

Rusiyanın XİN rəhbəri Sergey Lavrov Fələstin porbleminin həll olmamasının səbəblərindən danışıb. O, bildirib ki, münaqişənin bu günə qədər davam etməsinin əsas səbəblərindən biri də ABŞ administrasiyasının indiyədək bu problem üzrə öz mövqeyini ortaya qoymamasındadır.
"Daha bir səbəb açıqlanmalıdır: İndiyədək 20 dəfə regiona səfər edəcək xüsusi nümayəndəsinin təyin olunmasına baxmayaraq, ABŞ Fələstin-İsrail münaqişəsinin nizamlanması üzrə öz mövqeyini qısaca və dürüst ifadə etməyib",-deyə Sergey Lavrov səudiyyəli həmkarı Adil əl-Cubeyrlə keçirdiyi mətbuat konfransında vurğulayıb.
Onun sözlərinə görə, Rusiya münaqişənin bütün tərəfləri ilə, o cümlədən, İsrail və ABŞ-ın xüsusi nümayəndələri ilə görüşür və bu danışıqlar zamanı Moskva münaqişənin həllinin vacibliyini gözdən itirməməyə çalışır.