Saakaşvilinin pasportunu polislər oğurlayıb
Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Lvovda keçirdiyi brifinqdə deyib ki, Ukrayna polisləri ondan pasportunu oğurlayıb. Bu barədə "112 Ukrayna" telekanalı məlumat yayıb.
"Mən dünən qanuni Ukrayna pasportumla Polşa kordonunu keçdim, onlar mənim pasportuma möhür vurdular. Sonra gəldim Ukrayna tərəfinə və qanun nəzərdə tutulan qaydada sənədləri onlara təqdim etdim. Onlar ya qəbul etməli, ya da imtina etməli idilər. Lakin qarşı tərəf sənədləri qəbul etməkdən imtina etdi. Məni insanlar götürərək heç bir söz demədən sərhədi keçirdilər. Bundan sonra avtobusda olarkən polis orada yoxlama apardı və mənim pasportumu oğurladı",-deyə Mixail Saakaşvili bildirib.










