Saakaşvili Lvovda yoxa çıxıb

Gürcüstanın eks-prezidenti, Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Lvovda yoxa çıxıb. Bu barədə "ТСН" portalı xəbər verir.
Bildirilir ki, Saakaşvili axşam radələrində qaldığı hoteldən çıxdıqdan sonra ondan xəbər almaq mümkün olmayıb. Sabiq qubernatorun vəkili bildirib ki, o, "Donbas" batalyonuna məxsus mikroavtobusla Çernov qəsəbəsinə yollanıb. Daha sonra onun mikroavtobusu geri qayıtsa da, Saakaşvili orada olmayıb.