Məkkədə təhlükəsizlik tədbirləri gücləndirildi

1 Sentyabr, 2017 13:20
Səudiyyə Ərəbistanında Həcc ziyarətini həyata keçirən təqribən 2 mln zəvvar Mina vadisində şeytanı daşlayacaq
Bakı. 1 sentyabr. Məkkədə şeytana daş atmaq mərasiminin keçirildiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Səudiyyə Ərəbistanında Həcc ziyarətini həyata keçirən təqribən 2 milyon zəvvar Mina vadisində şeytana daş atmaq mərsimini icra edəcək.
Ümumiyyətlə, bu mərasim gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilir. Buraya polis helikopteri də cəlb olunub. Bu, əvvəlki illərdə şeytanı daşlamaq mərasim zamanı yaranmış sıxlıq səbəbindən insanların həlak olması ilə bağlıdır. Belə ki, 2015-ci ildə 700-dən çox insan həlak olmuş, 800-dək adam yaralanmışdı.