Şimali Koreya: Bu, ABŞ-a hədiyyəmiz idi

Şimali Koreyanın hidrogen bombası sınaqlarını uğurla həyata keçirdiyini deməkdən qürur duyuram.
Bu sözləri Cenevredə keçirilən Silahsızlaşdırma Konfransında danışan Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Han Tae Sonq deyib.
“Ölkəmin həyata keçirdiyi sonuncu müdafiə hərəkəti ABŞ-a hədiyyə paketidir. ABŞ Şimali Koreyaya qarşı təzyiq məqsədilə yersiz cəhdlərini davam etdirərsə, daha çox hədiyyə paketi alacaq ”, - deyə o bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Şimali Koreya hidrogen bombasının sınağını keçirib.