“Harvi” qasırğasının ardınca Texasda kimyəvi zavodda güclü partlayış baş verib

ABŞ-ın Texas ştatının Hyuston şəhəri yaxınlığında kimyəvi zavodda güclü partlayış olub.
Hadisə “Harvi” qasırğası nəticəsində yaranan daşqından sonra baş verib. Şəhərdə fəaliyyət göstərən digər zavodlar da bağlanıb.
Xatırladaq ki, “Harvi” qasırğası nəticəsində Texasda azı 33 nəfər həyatını itirib.