Türkiyə Ordusu Suriyanın Afrin şəhərini raket atəşinə tutub: yaralılar var

Türkiyə ordusu Suriyanın Hələb əyalətində Afrin şəhərinin yaşayış məskənlərini raketi atəşinə tutub. İlkin məlumatlara görə, azı 10 dinc sakin zərər çəkib.Bu barədə RİA Novosti-yə Afrindən olan suriyalı kürd politik Rezan Xedu bəyan edib.
«Bu gün Afrin şəhərində yaşaşış məhəllələri Türkiyə tərəfindən raket atəşinə tutuoub. Dinc sakinlərin evləri güclü zərər görüb. Aralarında 11 yaşlı qız olmaqla 10 yaralı var», - deyə Xedu bəyan edib.