Cənubi Koreya KXDR-in daha bir nüvə sınağına hazırlaşdığını bəyan edib

KXDR yaxın günlərdə özünün nüvə raketi proqrammı çərçivəsində yeni sınaqlar keçirə bilər.Bu barədə Cənubi Koreyanın Milli Müdafiə Nazirliyində bəyan edilib.
«Pxenyan tərəfindən strateji provokasiyalar barədə ehtimallar var, buna ballistik raketlərin yeni buraxılışları və növbəti nüvə sınaqları da daxildir», - deyə Koreya Respublikasının müdafiə qurumundan bildirilib.
Bildirilir ki, bu addımda əsas hədəf Şimali Koreyanın raketmühəndisliyi və nüvə proqramının inkişafında əldə etdikləri nailiyyətləri nümayiş etdirməkdir.