5 il müddətinə azadlıqdan məhrum edilən “Samsung”un vəliəhdinin taleyi...

“Samsung Electronics”in vəliəhdi Cey Yanq Li apellyasiya məhkəməsinə şikayət verib. Seul Əyalət Məhkəməsinin çıxardığı hökmə əsasən Li rüşvət vermə və digər korrupsiya əməllərinə görə beş il müddətinə azadlıqdan məhrum edilib.
Apellyasiya şikayətinin verilməsi ilə bağlı “Samsung” şirkətinin mətbuat sözcüsü rəsmi açıqlama verməyib.
Hazırda Samsung şirkətlər qrupunun vitse-prezidenti və vəliəhdi Linin cəzalandırılması holdinq üçün qırılma nöqtəsidir.
49 yaşlı Li dünyanın ən böyük şirkət imperiyasının de-fakto sahibidir. Li 2017-ci il fevral ayında həbs edilib. O, eks-prezidneti Park Ceun-Haya rüşvət verməklə ittiham edilir. İttihamlara görə rüşvətin müqabilində eks-prezident “Samsung Electronics”in maraqlarını təmin edəcək və ölkədə dominantlığını qoruyacaqdı. “Samsung Group”un dərman və məişət texnikasından əlavə, həmçinin sığorta və otellərə də maraqları var.
Cənubi Koreya qanunlarına görə Apellyasiya Məhkəməsi şikayətə baxdığı ərəfədə məhkum ancaq dörd ay müddətinə həbsdə saxlanıla bilər. Bu, o deməkdir ki, Apellyasiya Məhkəməsi işi 2018-ci il yanvar ayına qədər bitirməyə çalışacaq.
Şirkətin icraçı direktoru Kuon Oh-hyun işçilərdən xahiş edib ki, kompanyada yürüş təşkil etsinlər.
“Mən inanıram ki, siz hamınız birinci instansiya məhkəməsinin qərarından pərişansınız. Biz idarəçilər də narahatıq. Xahiş edirik ki, əlinizdən gələni edəsiniz” - direktor işçilərə bildirib.
“Samsung Electronics”in hissələri isə düşməkdə davam edir.
İcraçı direktor bildirib ki, lider vakuumu qısa müddətliyinə təsir etməyəcək, lakin uzunmüddətliyinə bu ciddi problemlər doğuracaq.
“S&P” və “Fitch” beynəlxalq reytinq agentliklərinə görə idarəetmədəki boşluğa rəğmən şirkət kredit reytinqini saxlaya bilib. Bununla belə qeyd edilib ki, lider yoxluğu davam etsə bu, əsas strateji qərarların alınmasını gecikdirə bilər. Nəticədə isə şirkətin qazancı və rəqabət gücü azalacaq.
“Samsung Electronics”dən verilən rəsmi açıqlamaya görə, təqsirli bilindiyinə dair yekun qərar çıxana qədər Linin İdarə Heyətində üzvlüyü saxlanılacaq.
Aşağı instansiya məhkəməsinin hökmü apellyasiya şikayəti üçün bir sıra əsaslar yaradıb. İttihamçılar 43,3 milyard von rüşvət verildiyini iddia etsələr də, məhkəmə 8,9 milyard von rüşvət verildiyinə qərar verib.
Üstəgəl, hökmdə qeyd edilib ki, Parkın dostu Çoy Sun-silə maliyyə dəstəyi göstərmək Parkın özünün pulu alması ilə eynidir.
Hüquqşünaslardan biri Byun Huan-bonq görə vəkillər sübut etməyə çalışacaq ki, prezidentə rüşvət verməklə “Samsung”un Çoy Sunun işlərinə dəstək verməsi eyni şey deyil.
Eyni zamanda ehtiyat tədbiri kimi hüquqşünaslar cəzanın müddətinin azaldılmasına çalışacaqlar. Əsas olaraq da Linin ölkənin ən əsas holdinqinin qərarvericisinə olan tələbatlar irəli sürüləcək.
Əgər bu məsələlər doğru strategiya ilə müdafiə edilsə, Linin cəzasının 3 ilə və ya daha az müddətə endirilməsinə, hətta Linin azad edilməsinə nail oluna bilər.
Cənubi Koreya qanunlarına görə, 3 il müddətinə və ya daha az müddətə azadlıqdan məhrum edilmə cəzası dayandırıla bilər.