İranlı kino aktyoru Suriyadakı toqquşmalarda öldürülüb

ranlı kino aktyoru İbrahim Xəlili Suriyadakı toqquşmalarda öldürülüb.
İran Milis Qüvvələri (Besiç) komandirlərindən olan kino aktyoru Xəlili Hələb şəhərinin şərqində gedən döyüşlərdə snayperlə vurulub.
Xəlili İran-İraq müharibəsindən bəhs edən, 2007-ci ildə ekrana çıxdığı vaxt rekordları qıran "Ekhrajiha" filmində əsas rollardan birini oynayıb.