Almaniyada radikal partiya lideri türk naziri `zibil` adlandırıb

Radikal sağçı Almaniya üçün Alternativ (AfD) Partiyasının baş nazir namizədi Aleksandr Qauland ifrat sağçıların güclü olduğu Thüringen əyalətinin Eixsfeld şəhərindəki çıxışında Qaçqınlarla İş və Miqrasiya naziri Aydan Özoğuzdan bir zibil kimi xilas olacaqlarını deyib.
Özoğuzun verdiyi bir müsahibədə, "dilin arxasında spesifik bir alman mədəniyyəti müəyyən edilmir", şəklindəki sözlərini tənqid edən Qauland, "bunu da bir alman türkü söyləyir. Onu Eixsfeldə dəvət edin və spesifik alman mədəniyyətinin nə olduğunu ona izah edin. O zaman bir daha buralara gəlməz və biz də Tanrının köməyi ilə ondan Anadoludaykən xilas olmuş olarıq", - deyib.
Qaulandın bu ifadələri işlədərkən, adətən tullantılardan xilas olmaq, məhv etmək mənalarında istifadə edilən, almanca "entsorgen" sözünü istifadə etməsi sosial şəbəkələrdə böyük etiraza səbəb olub.
Sosial Demokrat Partiyasının (SPD) və Avropa Parlamentinin üzvü Birgit Sippel Qaulandın açıqlamalarını, irqçi və qeyri-insani sözlər kimi dəyərləndirib, bütün seçicilərə 24 sentyabrda AfD-yə "qırmızı kart" göstərməsi çağırışını edib.
Xarici İşlər Nazirliyinin keçmiş rəsmisi Savsan Çebli twitter-dən yayımladığı açıqlamada, AfD-yə səs verən hər kəsin irqçilərə səs verdiyini görməsi lazım olduğunu vurğulayaraq, bütün demokrat təbəqələri AfD-yə qarşı birlikdə hərəkət etməyə çağırıb.