ABŞ B-61 nüvə bombasının modifikasiyasının 2 sınağı keçirilib

ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi İdarəsi (MNTİ) ölkənin HHQ ilə birgə ayın əvvəlində Nevada ştatında B61 nüvə bombasının modifikasiyasının iki sınağını keçirib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə MNTİ-nin rəsmi saytında bildirilir.
Sınaqlar avqustun 8-də Tonopa şəhərində poliqonda keçirilib. Nüvə hissələri ilə təchiz olunmamıq bombaları F-15E qırıcıları atıblar.
Sınaqlar zamanı həm bombanın qeyri-nüvə funksiyası, həm də qırıcının silahı daşıma bacarığı sınanıb.
B-61 bombası ABŞ Strateji Nüvə Qüvvələrinin əsas nüvə silahıdır. Bombanın uzunluğu 3,58 m., çəkisi isə 320-500 kq-dır.