Suriyadakı İŞİD-çilərin sayı açıqlandı

İŞİD-in Suriyadakı döyüşçülərinin sayı 9 min nəfərdən çoxdur.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi nümayəndəsi general-polkovnik İqor Korobov söyləyib. O, döyüşçülərin əsasən Suriyanın mərkəzində və İraqla sərhəd rayonlarında yerləşdiyini bildirib.
Korobov İŞİD-in Suriyadakı neft yataqlarını əlindən çıxarmaq istəmədiyini söyləyib.