MKİ sədri Trampa şəxsən nəzarət edəcək

MKİ şefi Mayk Pompeo ABŞ Prezidenti Donald Trampın Rusiya ilə "əlaqələrini" araşdırılması işinə şəxsən nəzarət etməyə başlayıb.
Bu barədə “Vaşinqton Post” informasiya yayıb.
Qəzetin yazdığına görə, Pompeonun şəxsi nəzarəti vəziyyət barəsində hansı məlumatların Ağ Evə verilməsinin izlənməsi deməkdir. İndiyə qədər Pompeo rəsmi mövqeyindən istifadə edərək istintaqın gedişinə təsir göstərməmişdi. Lakin MKİ sədri bundan sonra prezidentin tərəfdarları və rəqibləri arasında siyasi qarşıdurma zamanı öz mövqeyindən istifadə edə bilər.
Qeyd edək ki, bir qədər əvvəl MKİ sədri diqqətinin mediaya istintaq detallarının sızmasının qarşısını almağa yönəldiyini bildirmişdi.