Fələstinli uşaqlar Yerusəlimi ilk dəfə ziyarət ediblər - FOTOLAR

Qəzzanın 100-ə yaxın balaca sakinləri Yerusəlimi ziyarət edə biliblər. Fələstinli uşaqların Yerusəlimə bu ilk ziyarəti olub. Uşaqlar əllərində telefonlarla ziyarət etdikləri yerlərin fotolarını çəkib, Əl-Aqsa məscidində namaz qılıblar. 13 yaşlı Hind Slameh Əbu Hilu bildirib ki, Əq-Aqsada ibadət etdikləri üçün çox xoşbəxtdirlər. “Bu, bizim üçün əlçatmaq bir şey idi” – Hilu sevincini paylaşıb.
Bu, uşaqların blokadaya alınmış Qəzzadan kənarda ziyarət etdikləri ilk yerdir. Əksəriyyəti Yerusəlimi ilk dəfə görüb. Səfər BMT-nin Yardım və İşlər Agentliyi tərəfindən təşkil edilib. Agentlik Qəzza və İordan çayının qərb sahilindəki mühacirlərə yardım edir.
“Şəhər gəzintisi, küçələr, əl-Aqsa, ümumiyyətlə hər şey gözəl idi. Bəlkə də biz bu yerləri heç vaxt görə bilməyəcəkdik. Gəlib görə bildiyim üçün çox xoşbəxtəm” – 14 yaşlı Hamada Atta əl-Masri təəssuratlarını paylaşıb.
Uşaqlar yolda olarkən Yerusəlimə getdiklərinə inanmadıqları deyib. Qrup İsrailə Erez sərhəddindən keçib. Səfərə Əl-Aqsa məscidi və Sepulçre kilisəsi də daxil olmaqla işğal altında olan İordan çayının qərb sahilini ziyarət etmək daxil olub.
Qəzzanın iki milyon əhalisi var. Qəzza əhalisi çox ağır şərtlər altında yaşamaqdadır. Gündə cəmi bir neçə saatlığına elektrik verilir. Həmas Qəzzada hakimiyyətə gəldikdən sonra İsrail Qəzzaya giriş-çıxışı bağlayıb. Həmas Avropa ittifaqı, ABŞ və İsrail tərəfindən terrorçu təşkilat kimi tanınır. Qəzzanın Misirlə olan sərhəddi də əksər zamanlarda bağlı olur. Çox nadir hallarda giriş-çıxışa icazə verilir. İsrail Qəzzaya bütün giriş-çıxışa nəzarət edir. Yalnız tibbi və humanitar yardımların Qəzzaya daxil olmasına icazə verilir.

