İrandan ABŞ-a: Bizə cəmi 5 gün bəs edər ki...

Əgər istəsək, cəmi 5 gün ərzində uranı zənginləşdirə bilərik.
Bu sözləri İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.
“Bizə 5 gün bəs edər ki, Fordo nüvə stansiyasında uranı 20 faiz zənginləşdirək. Lakin bunu istəmirik, çünki Kompleks Fəaliyyət Planı (JCPOA) razılaşmasının şərtlərinə əməl etməyə çalışırıq”, - Əli Əkbər Salehi bildirib.
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani ötən həftə ABŞ-ın yeni sanksiyalar tətbiq edəcəyi halda 2015-ci ildə imzalanmış nüvə razılaşmasını (JCPOA) tərk edəcəklərini deyib.