Rusiyadan Ukraynada yeni dövlət yaradılmasına reaksiya
Malorossiyanın yaradılması qaçılmazdır.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının MDB İşləri üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov söyləyib. Onun fikrincə, bu addım Donetsk və Luqask əhalisinin müharibədən çıxışı üçün vasitə ola bilər:
“Bu cür dövlətin yaradılması çoxdan başlayıb. Rusiya buna müsbət yanaşır”.
Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər üzrə Komitəsinin üzvü Sergey Çekov isə Malorossiyan;n Ukraynanın federasiyaya çevrilməsində ilk addım olduğunu bildirib.
Qeyd edək ki, Donetsk separatçıları az öncə “Malorossiya” adlı dövlət yaradacaqlarını elan ediblər.










