ABŞ-da kərtənkələ polis əməkdaşı olub - FOTO

"RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-ın Arizona ştatında yerləşən Eyvondeyl şəhərinin Polis Departamenti kərtənkələni xidmətə qəbul edib. Bu barədə polis əməkdaşları öz Facebook səhifələrində şəkil paylaşıblar.
"Ayro" ləqəbli saqqallı kərtənkələ polis idarəsində and içib və fərqlənmə nişanı alıb.
Qeyd edək ki, kərtənkələnin bu növü öyrədilmiş itlərlə müqayisədə qadağan olunmuş maddələri daha tez tapa bilir.