Gəncədə 2 maşın toqquşub, xəsarət alanlar var

Gəncədə iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Hadisə gecə saatlarında şəhərin Nizami Gəncəvi prospektində baş verib.
Tovuz rayon sakini, 1972-ci il təvəllüdlü, Cəmaləddin Qədirovun idarə etdiyi “QAZ -24” markalı avtomobil qarşı tərəfdən gələn, Göygöl rayon sakini, 1997-ci il təvəllüdlü, Elton Namazovun idarə etdiyi “VAZ -2107” ilə toqquşub. Qəza nəticəsində hər iki sürücü yüngül xəsarət alıb və hər 2 avtomobilə ziyan dəyib.
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən “Report”a bildiriblər ki, ilkin ehtimala görə, hadisəyə “VAZ -2107” markalı avtomobilin yüksək sürətlə hərəkətdə ikən idarəetməni itirməsi səbəb olub.
Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.